"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləsuvarın əsgərabad kəndində “Heydər əliyev adına park” salınıb

--2023-02-28 / 15:37

Biləsuvar rayonunun əsgərabad kəndində ulu öndər Heydər əliyevin 100 illik yubileyi ilə əlaqədar “Heydər əliyev adına park” salınıb.

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər əliyev ili” elan edilməsi haqqında” sərəncama uyğun olaraq Biləsuvar rayonunda da bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. 

Görülən işlərin tərkib hissəsi olaraq Biləsuvar rayon icra Hakimiyyətinin və əsgərabad bələdiyyəsinin təşkilatçılığı ilə ulu öndər Heydər əliyevin 100 illik yubileyi ilə əlaqədar Biləsuvar rayonunun əsgərabad kəndində “Heydər əliyev adına park” salınıb.

Parkda əvvəlcə torpaq hissəsinin hamarlanması işləri aparılıb, ağacların mühafizəsi məqsədilə hasarlar çəkilib.

Tədbirdə iştirak edən Biləsuvar Rayon icra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, rayonun şəhər və kənd bələdiyyələri, əsgərabad kəndindən olan şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyətin nümayəndələri parkda 200 ədəddən çox şam və xan çinarı ağacları əkərək suvarıblar.

https://report.az/daxili-siyaset/bilesuvarin-esgerabad-kendinde-heyder-eliyev-adina-park-salinib/

ŞƏRHLƏR